Azərbaycan Mərkəzi Bankı vətəndaşlara çağırış etdi

İQTİSADİYYAT bölməsi

16:32 - 8 Sentyabr 2022

 Azərbaycan Mərkəzi Bankı vətəndaşlara çağırış etdi

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin Vatsap platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Yenipress.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".

Xəbər xətti