Azərbaycanlı musiqiçi, Vətən müharibəsi iştirakçısı evində ölü tapıldı

MAQAZİN bölməsi

13:00 - 3 Sentyabr 2022

 Azərbaycanlı musiqiçi, Vətən müharibəsi iştirakçısı evində ölü tapıldı

Azərbaycanlı DJ Murad Pika (Murad Abbaslı) vəfat edib.

Yenipress.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə onun “beatmaker”i olduğu “Destroy” leyblı məlumat yayıb.

O, avqustun 29-u evində ölü tapılıb. Məlumata görə, 27 yaşlı M. Pika yuxudan oyanmayıb.

Qeyd edək ki, Murat “Rock”, “Jazz” və “Blues” qruplarının aparıcı üzvü olub. O, gitarist, pianist, bəstəkar, beatmaker, DJ olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi veteranı idi və iki medal ilə təltif edilmişdi.

Xəbər xətti