“Bravo”nun builki ziyanı 36 milyonu keçdi

İQTİSADİYYAT bölməsi

14:49 - 1 Sentyabr 2022

 “Bravo”nun builki ziyanı 36 milyonu keçdi

“Bravo” marketlər şəbəkəsi 2021-ci ildə 65 milyon 6 min manat cəmi zərər etmişdi. Bu ilin ilk 6 ayında isə cəmi zərəri 36 milyon 133 min manat olub - trendə baxanda bu ilin sonuna aşağı-yuxarı keçən il ilə eyni səviyyədə zərər yaranacaq.

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli danışıb.

“Məmurlara bağlı biznes heç vaxt dayanıqlı ola bilməz, müvəqqəti uğurları ola bilər, amma sonda həmişə ciddi problemləri olub-olur-olacaq, çünki məmur biznesinin uğuru qanunlara yox, "kresloya" bağlıdır: Hanı bir vaxtlar ölkədə hörmətli şirkətlər qrupu sayılan "ZQAN"? Nə oldu ki, "kreslo" gedən kimi "uğur" da bitdi?!” – o deyib.

Xəbər xətti