Azərbaycanda ən çox maaş alan kimlərdir? - Rəsmi

İQTİSADİYYAT bölməsi

11:15 - 18 Avqust 2022

 Azərbaycanda ən çox maaş alan kimlərdir? - Rəsmi

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artaraq 827.1 manat təşkil edib.

Yenipress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əməkhaqqı neft-qaz sektorunda 3535.3 manat, qeyri neft-qaz sektorunda 775.3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774.9 manat, özəl müəssisələrdə isə 886.9 manat olub.

Mədənçıxarma sənayesində (3400.3 manat), maliyyə və sığorta fəaliyyəti (2167.1 manat), peşə, elmi və texniki fəaliyyət (1390.4 manat), eləcə də informasiya və rabitə sahələrində (1353.4 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Xəbər xətti