Xankəndidə “parlament” “iclas” keçirməyə hazırlaşır

SİYASƏT bölməsi

13:02 - 30 Yanvar 2022

 Xankəndidə “parlament” “iclas” keçirməyə hazırlaşır

Rus sülhməramlılarının yaratdığı şəraitlə fəaliyyətlərini bərpa etməyə başlayan erməni separatçıları Xankəndidə “parlamentin iclasını” keçirməyə hazırlaşır.

Yenipress.az xəbər verir ki, iddiaya görə, “parlament” 44 günlük müharibə zamanı “Azərbaycan SQ-nin nəzarətinə keçən ərazilərlə” bağlı “qanun layihəsini” müzakirə edəcək.

Separatçıların bu qanunsuz təşəbbüsünün 16 fevralda başlayacağı vurğulanıb.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatı ilə razılaşdırılmasına baxmayaraq, erməni qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən hələ də çıxmayıb. Üstəlik, erməni silahlı qruplarının rus sülhməramlıları ilə paralel “postlar” qurmasına da Rusiya sülhməramlı kontingenti şərait yaradır.

Separatçıların yenidən təşkilatlanması, strukturlarının formalaşdırılması üçün Rusiya sülhməramlıları qalxan rolunu oynayır. Həmçinin Ermənistan bu qanunsuz və separatçı qurumun “büdcəsinə” hər ay külli miqdarda vəsait ayırır və bu pulların böyük əksəriyyətinin Qarabağdakı ermənilərin silahlanmasına sərf edildiyi haqda ciddi məlumatlar var.

Xəbər xətti