Dini bu cür tənqid etmək olar

GÜNDƏM bölməsi

12:40 - 30 Yanvar 2022

 Dini bu cür tənqid etmək olar

Beynəlxalq hüquq üzrə professor, tanınmış ekspert Fərhad Mehdiyev dinə istehzalı münasibətin hüquqi məsuliyyət doğurub-doğurmadığı sualına aydınlıq gətirib.

Yenipress.az xəbər verir ki, professor aşağıdakı hallarda dini tənqid etməyə qanunların imkan verdiyini qeyd edib:

1. İctimai qaydanı pozma ehtimalı olmayan, cəmiyyətdə iğtişaş yaratma potensialına sahib olmayan istehzalı (mizahlı) fikirləri istər din, istər də ateizm haqqında demək qanunidir, və ifadə azadlığın bir tələbidir:

a) Allah, Peyğəmbər və dini müqəddəslər haqqında yüngül mizaha dövlət göz yummalıdır. Tənqiddən və təhqirdən ümumiyyətlə bəhs eləmirəm, tənqid hər bir halda olar, təhqir isə qanunsuzdur.

b) dini mərasim və praktikalar haqqında mizahlı fikirlər demək isə xeyli sərbəstdir.

c) konkret dindar, ya da ateist haqqında istehzalı danışmaq qanunsuzdur, şəxsi həyata müdaxilə və ləyaqətin alçaldılması sayıla bilər.

2. Məsələn, “müsəlmanlar toyuq dən yeyən kimi namaz qılır” demək istehzalı fikir olmaqla bərabər, qanunsuz deyil.

3. Ateistlər “Allaha inanmamaqla başlarını quma soxan dəvə quşuna oxşayır” demək də qanunsuz deyil.

4. Müasir dövlətin məqsədi bir tərəfdən ictimai qaydanı qorumaq, digər tərəfdən də insanlar üçün maksimum azadlıq təmin etməkdir Hüquq və qanun ancaq ictimai qaydanı pozan, ya da başqasının şəxsi həyatına müdaxilə kimi qiymətləndirilən ifadələrə məhdudiyyət qoya bilər. Daha geniş izahatı Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi verir.

Xəbər xətti