Ərəblər "Tarqovı"dakı rəqsləri ilə gündəm oldular - Video

MAQAZİN bölməsi

11:45 - 9 Avqust 2022

 Ərəblər

Sosial şəbəkələrdə Bakıdakı ərəblərin yeni görüntüləri yayılıb.

Yenipress.az Baku.ws-ə istinadən xəbər verir ki, paytaxtın "Tarqovı" kimi tanınan məşhur Nizami küçəsində ərəblər xarici mahnının sədaları altında rəqs etməyə başlayıblar.

Qısa müddətdə həmin əraziyə xeyli insan toplaşıb. Xarici vətəndaşın yağışdan sonra göstərdiyi şou ətrafdakılar tərəfindən çox bəyənilib. Hətta bir müddət sonra yerli sakinlərdən bəziləri onlara qoşularaq rəqs etməyə başlayıblar.

Ətrafdakılar tərəfindən lentə alınan maraqlı və əyləncəli kadrlar sosial platformalarda paylaşılaraq gündəm olub. Pozitiv video bir çox istifadçilər tərəfindən maraqla qarşılanaraq çox bəyənilib.

Xəbər xətti