Gənc başçının Gədəbəy dağlarında qurduğu biznesi - Foto

TOPLUM bölməsi

11:39 - 30 Yanvar 2022

 Gənc başçının Gədəbəy dağlarında qurduğu biznesi - Foto

Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. Keçmiş deputat və keçmiş rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına Daşlı Bulaq-A MMC-ni qeydiyyatdan keçirib, Gədəbəyin dağlarında özünə bulaq zəbt edib.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla bulağın suyunu gətirib rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırır. Saatda nə az-nə çox, 8000 litr su şüşələrə doldurulur, oradan "Bravo", "Bazarstore" "Grandmart", "Bizim market", "AlMarket" şəbəkələrinə çatdırılır”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti