İran İsrailə “cavab verdi”, Təbrizi işğal etdiyini bildirdi – Foto

GÜNDƏM bölməsi

23:47 - 6 Avqust 2022

 İran İsrailə “cavab verdi”, Təbrizi işğal etdiyini bildirdi – Foto

İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehrli nağılları” kitabı ilə verdiyi eyhama İran indi də “Fələstin nağılları” ilə cavab verməyə cəhd göstərib.

Yenipress.az xəbər verir ki, başda Ali dini lider Əli Xamenei olmaqla, İranın bəzi rəsmilərinin bu kitabı oxuduğunu əks etdirən fotolar paylaşılıb. Bununla İsrailə Fələstin mesajı verdiklərini və Corc Dikdən “qisas” aldıqlarını düşünürlər.

Ancaq olduqca təzadlı bir vəziyyət yaranıb. Belə ki, İran rəsmiləri “Təbrizin sehrli nağılları”na “Fələstin nağılı” ilə cavab verməklə, əslində İsrailin Fələstin torpaqlarını işğal etdiyinə diqqət çəkiblər. Bu isə paralel olaraq Təbrizin və Güney Azərbaycanın İran tərəfindən işğal olunmasının qəbul edildiyi anlamına gəlir.

Xəbər xətti