ABŞ sanksiya tətbiq etdi: Azərbaycan da ziyana düşəcək

GÜNDƏM bölməsi

09:00 - 30 Yanvar 2022

 ABŞ sanksiya tətbiq etdi: Azərbaycan da ziyana düşəcək

“Vaşinqton Post” ABŞ-ın Rusiyanın siyasi, biznes, müdafiə, hüquq-mühafizə, təhlükəsizlik və media elitasına qarşı ünvanlı sanksiyalar barədə yazı dərc edib. Siyahıda 35 nəfərin, o sıradan PA-nın rəhbəri Anton Voynovun, məşhur iş adamı Roman Abramoviçin, VTB-nin İdarə Heyəti sədrinin müavini, FSB sədrinin oğlu Denis Bortnikovun, VTB-nin prezidenti Andrey Kostinin, Vladimir Solovyovun, Marqarita Simonyanın, Alina Kabayevanın, bəzi deputatların, Navalnıya sanksiya verən prokurorların, hakimlərin adları vardır. 

Yenipress.az xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu qeyd edib. Onun sözlərinə görə, sanksiya həmin şəxsərə 179 gün ərzində (6 ay) Qərbdə olan aktivləri barədə qərar qəbul etməyə zaman tanıyıb. Ondan sonra həmin şəxslər xaricə səfərlərə gedə, xaricdəki bank hesablarından istifadə edə bilməzlər:

“ABŞ-ın Rusiya qarı budəfəki sanksiyalarından Azərbaycan da ziyana düşəcək. Belə ki, Dövlət Neft Fondu 2013-cü ildə Bank VTB-nin (Rusiya) səhmlərinin 2.95 faizini əldə edib. Səhmlərin dəyəri 500 milyon ABŞ dolları təşkil edir. Beləliklə də VTB-nin aktivlərinin dəyərsizləşməsindən itirənlər arasında Azərbaycan da vardır

Xəbər xətti