Baş nazirdən qərar: Yanacaq ucuzlaşmayacaq, sevinməyin!

İQTİSADİYYAT bölməsi

01:01 - 30 Yanvar 2022

 Baş nazirdən qərar: Yanacaq ucuzlaşmayacaq, sevinməyin!

Qərarın Aİ-95-ə aidiyyəti yoxdur, müvəqqəti olaraq Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzinin gömrük rüsumu 15%-dən 0%-ə endirilib və Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergisi 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Baş nazir Əli Əsədovun qərarı ilə Azərbaycana idxal edilən Aİ-92 və ya daha çox, həmçinin Aİ-95-dən az oktan ədədi ilə avtomobil benzininin gömrük rüsumundan azad edilməsi haqda danışarkən qeyd edib.

O bildirib ki, neft ölkəsi Azərbaycan özünü artıq Aİ-92 ilə də təmin edə bilmir, xaricdən alacaqlar, daxildə qiymət artmasın deyə, rüsum/vergilər 1 iyuna qədər ləğv edilir. Bu vaxta qədər neftayırma zavodu təmir ediləcək, yerli istehsal artırılacaq:

“Biz illərdir deyirik ki, özümüzü təmin edə bilmədiyimiz gündəlik ərzaq məhsullarının, dərmanların, uşaq yeməklərinin rüsum/vergilərini sıfırlayın, imkan verin camaat ucuz məhsul alsın, niyə qulaq asmırsınız?! Hə, indi Gömrük Komitəsinin rəisi çıxıb deyər ki, bəs o zaman biz büdcəyə nə ödəyək?! Ödəmə qardaşım, ödəmə, məntiqlə büdcəyə yığıb sonra vətəndaşa xərcləyəsi deyilsiz?! O zaman elə bəri başdan almayın bizdən 15% rüsumu, 18% ƏDV-ni, imkan verin cibimizdə qalsın, camaat o pula daha çox mal/məhsul/xidmət alacaq, deməli, iqtisadiyyatın çarxları daha çox dönəcək, yeni iş yerləri, imkanlar yaranacaq. Belə sadə həqiqəti anlamırsınızmı?!”

Xəbər xətti