Bu ay neçə hərbçimizi itirmişik? - Siyahı

GÜNDƏM bölməsi

16:41 - 29 Yanvar 2022

 Bu ay neçə hərbçimizi itirmişik? - Siyahı

2022-ci il yanvarın 29-a qədər 8 hərbçimizi itirmişik, daha birinin isə həlak olduğu deyilir.

Yenipress.az xəbər verir ki, bu ay ərzində 1 hərbçimiz şəhid olub, 3 hərbçimiz hərbçi yoldaşı tərəfindən qətlə yetirilib, 2 hərbçimiz qeyri-döyüş şəraitində həlak olub, 1 hərbçimiz ürəktutmasından, 1-i isə koronadan dünyasını dəyişib.

Bundan başqa, bir hərbçimiz və bir mülki vətəndaşımız minaya düşərək, bir ayaqlarını itiriblər.

Bu gün MN-in yaydığı məlumata görə isə, Kəlbəcərdə itərək azan 4 hərbçimizdən 3-ü tapılsa da, birinin axtarışı hələ də davam edir.

Xəbər xətti