Kəlbəcərdə itən 4 hərbçimizdən 3-ü tapıldı, digəri axtarılır - Rəsmi

TOPLUM bölməsi

15:42 - 29 Yanvar 2022

 Kəlbəcərdə itən 4 hərbçimizdən 3-ü tapıldı, digəri axtarılır - Rəsmi

14:57

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd nəfər hərbi qulluqçularımız - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb.

Bu barədə Yenipress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçularımızın tapılması məqsədilə dərhal təxirəsalınmaz tədbirlərə başlanılıb:

"Keçirilən axtarışlar nəticəsində yanvarın 29-u səhər saatlarında kiçik çavuş C.Hüseynov, əsgər M.Hüseynov və əsgər Y.Kərimov tapılıb. Onlar Kəlbəcərdəki hərbi hospitala yerləşdirilərək həkim nəzarətinə götürülüb.

Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir".

Qeyd edək ki, məlumatı ilk yayan Karabakh TV Teleqram kanalı Fuad Bağırovun donvurmadan həlak olduğunu yazıb.

Xəbər xətti