Məşhur bloger qəzaya düşdü

MAQAZİN bölməsi

10:05 - 1 Avqust 2022

 Məşhur bloger qəzaya düşdü

Bloger Fatimə Əhmədova avtomobillə qəzaya düşüb.

Yenipress.az xəbər verir ki, bu barədə Fatimə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

“Nəyisə bilmədən paylaşmayın. Düşünün ki, bu insanın ailəsi və yaxınları var. Bu gün çox ağır gün keçirmişəm. Öncə onu deyim ki, yaxşıyam. Sadəcə, çox dəhşətli qəza keçirdim. Maşını kənara çəkməyimə baxmayaraq, bunu yaşadıq. Allaha şükür, yüngül qurtardım. Sağam! Heç bir şey olmayıb”, - deyə o qeyd edib.

Xəbər xətti