Xərçəngə tutulan müğənni əməliyyat olundu

MAQAZİN bölməsi

10:47 - 30 İyul 2022

 Xərçəngə tutulan müğənni əməliyyat olundu

Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

Yenipress.az xəbər verir ki, hazırda Türkiyədə müalicə alan sənətçi səhhəti ilə bağlı ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinə açıqlama verib.

“Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstəlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum”, - deyə müğənni açıqlamasında bildirib.

Qeyd edək ki, Zeynəbin anası bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat edib.

Xəbər xətti