Nazir elan etdi, 100 min hektarda buğda məhv olub…

İQTİSADİYYAT bölməsi

21:21 - 29 İyul 2022

 Nazir elan etdi, 100 min hektarda buğda məhv olub…

Kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, quraqlığa görə bu il ölkədə 100 min hektarda əkilən taxıl məhv olub.

Ölkədə 1 milyon hektar sahədə dənli bitkilər, 600 min hektarda buğda, 400 min hektarda isə arpa əkilmişdi. Artıq 100 min hektarda əkilən məhsul məhv olubsa, deməli, bu il son məhsulun həcmi xeyli azalacaq.

İqlimin, quraqlığın, təbii ki, təsiri var, amma ən böyük bəla əldə olan resurslardan belə normal istifadə edə bilməməkdir.

2 önəmli problem var:

1) Məmurların, onlara bağlı şirkətlərin suya ehtiyacı adi adamlardan öncə ödənilir, məhdudiyyətsiz su alırlar. Bundan başqa torpaq suvarma kanallarında su itkisi 40-50%-dir;

2) İnsanlıq 10 min il əvvəl Mesopatamiyada primitiv alətlərlə və üsullarla necə suvarmağı öyrəniblərsə, məmləkətdə indi də eyni qaydada torpaq sulayırlar.

Ölkə buğdaya olan tələbatının sadəcə 25%-ni daxili istehsalla ödəyir, 75% xaricdən asılıyıq - bu da telefon, TV, elektrik avadanlığı deyil ki, istehsal edə bilməyək, doğru sistem qurulsa, bu asılılığı 30%-ə qədər azaltmaq mümkün ola bilər.

Natiq Cəfərli

Xəbər xətti