Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir...

İDMAN bölməsi

17:53 - 29 İyul 2022

 Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir...

Bakıda şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Ciu-Citsu Federasiyasından Yenipress.az-a verilən məlumata görə, beynəlxalq turnir Rövşən Veysəlov adına İdman Klubunun təşkilati dəstəyi ilə keçiriləcək.

Ciu-Citsu beynəlxaq turniri iyulun 31-də Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Orta Asiya ölkələrindən tanınmış idmançılar yarışacaq.

Xəbər xətti