PFL-in yeni prezidenti hacı imiş - Dosye

İDMAN bölməsi

13:45 - 29 İyul 2022

 PFL-in yeni prezidenti hacı imiş - Dosye

Bu gün Peşəkar Futbol Liqasının konfransı keçirilib və PFL-ə yeni prezident seçilib.

Yenipress.az xəbər verir k, bu post Elxan Səmədova həvalə olunub.

Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakı şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində, 1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetinin aspiranturasında təhsili alıb.

2001-ci ildə İtaliyanın Turin şəhərində “International Labor Organization & Training Center”da oxuyub.

2006-cı ildə filologiya üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

1993-1999-cu illərdə “Pennzoil Caspian Corporation” və “Caspian International Petroleum Company” (CIPCO neft konsorsiumu) şirkətlərində, 1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri, 2001-2009-cu illərdə “Karasu Operating Company” və “Absheron Operating Company” şirkətlərində, 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib.

2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı - 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi çalışıb.

2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəridir.

UEFA-nın məşqçilər üzrə “B” lisenziyasının sahibidir.

Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların “Ən məhsuldar” və “Ən yaxşı” oyunçusu kimi seçilib.

Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

Evlidir, bir övladı var.

Sosial şəbəkələrdə E.Səmədovun Həcc ziyarətinə getdiyi ilə bağlı görüntülər də yayılıb.

Qeyd edək ki, bu təyinata kimi PFL prezidenti vəzifəsini Ramin Musayev icra edirdi. O, bu gün öz postundan istefa verib.

Xəbər xətti