"Lex"ə “lox” deyən PFL prezidenti istefa verdi

İDMAN bölməsi

10:28 - 29 İyul 2022

Ramin Musayev Peşəkar Futbol Liqasının prezidenti vəzifəsindən isfefa verib.

Yenipress.az Qol.az-a istinadən xəbər verir ki, o, yaxın ətrafına səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini açıqlayıb. Bununla əlaqədar, o, bu gün Premyer Liqada yarışan klub nümayəndələri ilə görüşür.

Yaxın saatlarda bununla bağlı rəsmi açlqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 2008-ci ildən PFL-in ptezidenti vəfifəsində çalışırdı.

Qeyd edək ki, Ramin Musayev canlı efirdə “Belə düşünürdük ki, “Qarabağ” “Lex” komandasını keçə bilməyəcək. Ancaq sağ olsun, Qurban Qurbanov “Lex”in adını dəyişib “lox” etdi” ifadəsinə görə ciddi tənqid olunmuşdu.

Xəbər xətti