Hissə 50 minlik lüks avtomobil hədiyyə edildi - Video

MAQAZİN bölməsi

15:08 - 26 İyul 2022

 Hissə 50 minlik lüks avtomobil hədiyyə edildi - Video

Müğənni Hiss (Röya Məmmədova) bahalı avtomobili ilə gündəmə gəlib.

Yenipress.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni və lüks maşınının görüntülərini yayımlayıb.

Sözügedən avtomobil Hissə hədiyyə edilib. Bu haqda Baku.ws-ə danışan ifaçının köməkçisi Vüqar maşının Hissə yerli avtomobil şirkətləri tərəfindən bağışlanıldığını bildirib.

Sənətçiyə hədiyyə olunan nəqliyyat vasitəsi 2022-ci il istehsallıdır. Maşının qiyməti 50 000 AZN dəyərindədir.

Xatırladaq ki, Hiss bir müddət əvvəl özünə bahalı malikanə də alıb.

Xəbər xətti