Tofiq Musayev döyüşə kimin dəstəyi ilə çıxır?

İDMAN bölməsi

15:49 - 21 İyul 2022

 Tofiq Musayev döyüşə kimin dəstəyi ilə çıxır?

MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu Tofiq Musayev dünyanın iki ən məşhur turnirindən biri olan “Bellator”da çıxış edəcəyi tarix bəlli olub.

Yenipress.az xəbər verir ki, bir neçə dəfə qarışıq döyüş növləri üzrə dünya çempionu olmuş məşhur idmançı T.Musayev iyulun 23-də Vaşinqtonda rinqə çıxacaq.

Onun rəqibi dünyada tanınan məşhur idmançılardan biri olan Sidney Outlavdır. O, bu günə qədər  keçirdiyi 20 döyüşdən 16-sında qələbə qazanıb. 11 döyüşü isə vaxtından əvvəl qələbə ilə başa vurub.

Qeyd edək ki, bundan əvvəl koronavirusa görə Tofiq Musayevin döyüşü 5 dəfə ləğv olunub.

Tofiq Musayev “Bellator”dakı döyüşünə “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə gedib.

İdmançımızın geyimində “Palmali”nin loqosu əks olunacaq.

Zaira

Xəbər xətti