Korona ilə bağlı vəziyyət pisləşir - İnfeksionistdən SOS

SAĞLIQ bölməsi

15:12 - 20 İyul 2022

 Korona ilə bağlı vəziyyət pisləşir - İnfeksionistdən SOS

Son günlərin statistikası onu göstərir ki, dünyada koronavirusla bağlı vəziyyət pisləşməyə doğru gedir. Biz hər zaman deyirdik ki, yayın sonu-payızın əvvəli vəziyyət pis olacaq.

Yenipress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, indiyədək epidemioloji vəziyyət nəzarət altında olub.

Nazirlik rəsmisi vurğulayıb ki, dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsinin Azərbaycana da təsiri olacaq:

“Təəssüf ki, ölkədə vəziyyət ümumi tendensiya kimi pisləşməyə doğru gedir. Bu, gözlənilən haldır”.

Xəbər xətti