Vidadi Muradovla bağlı şok fakt: Yanaşı binalarda 22 mənzili varimiş

TOPLUM bölməsi

15:54 - 28 Yanvar 2022

 Vidadi Muradovla bağlı şok fakt: Yanaşı binalarda 22 mənzili varimiş

10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakı müsadirə edilib.

Yenipress.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat paylaşıb.

“Müsadirə zamanı məlum olub ki, Vidadi Muradovun Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda nə az, nə çox 22 mənzili var imiş. Qeyd edim ki, o, sadəcə 5 il "Azərxalça"nın sədri olmuşdu”, - deyə o qeyd edib.

Jurnalist həmçinin V.Muradovun digər əmlaklarının siyahısını da paylaşıb:

1. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi.

2. Həmin torpaq sahəsində tikilən 268.3 kv.m olan yerləşən qeyri-yaşayış binası.

3. Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev.

4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evlərin 4 nömrəli mənzili.

5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi.

6. Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi.

7. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli ev.

Xəbər xətti


Digər xəbərlər