Azərbaycanda yeni kanal açılır - 15:00-da yayım başlayacaq

MAQAZİN bölməsi

14:50 - 28 Yanvar 2022

 Azərbaycanda yeni kanal açılır - 15:00-da yayım başlayacaq

 Şəkidə faəliyyət göstərən "Kanal S" telekanalı bu gün ümumrespublika yayımına start verir.

Yenipress.az Azxəbər.com-a istinadən xəbər verir ki, telekanal saat 15:00-dan etibarən fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olub.

Xəbər xətti