Cennifer Lopez gizli evləndi

MAQAZİN bölməsi

09:38 - 18 İyul 2022

 Cennifer Lopez gizli evləndi

Cennifer Lopez və Ben Afflek gizli şəkildə evləniblər.

Bu barədə xarici media mövcud məhkəmə sənədlərinə istinadən xəbər yayıb.

Məlumata görə, cütlük Nevada ştatının Klark dairəsindəki məhkəmədən nikah şəhadətnaməsi alıb. Burada həyat yoldaşlarının rəsmi adları var - Benjamin Qeza Afflek və Cennifer Linn Lopez.

Evlilik faktını cütlüyə yaxın mənbə də təsdiqləyib.

Bundan əvvəl Cennifer Lopezin barmağında nişan üzüyü görünüb - müğənni 14 yaşlı qızı Emma ilə mebel mağazasında alış-veriş edərkən paparassilər onun şəklini çəkə biliblər.

Xəbər xətti