Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Rəsmi

SAĞLIQ bölməsi

12:20 - 13 İyul 2022

 Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Rəsmi

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.

Səhiyyə Nazirliyindən Yenipress.az-a bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.

Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.

Xəbər xətti