Nərminin qətli il bağlı sensasiya: İlkinin günahsız olduğunu sübut edən fakt... - Video

TOPLUM bölməsi

21:30 - 27 Yanvar 2022

 Nərminin qətli il bağlı sensasiya: İlkinin günahsız olduğunu sübut edən fakt... - Video

Azyaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun Gəncə ağır cinayətlər məhkəməsində davam edən növbəti məhkəmə prosesi təxirə salınıb. Məhkəmə binası qarşısında mətbuata açıqlama verən İlkinin yaxınları diqqətçəkən məqamları dilə gətiriblər.

Süleymanovun qohumu deyir ki, İlkinin həbsindən sonra onun  günahsızlığından əmin olan kənd sakinləri, qohumlar Prezindent Administrasiyasına, Ombudsmana məktub yazıblar. O dövrdə Baş prokuror olan Zakir Qaralov da həmin qurumlara cavablarında iddia edirdi ki, İlkinin bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib. Qaralov Ombusman Səbinə Əliyevaya 22 yanvar 2020-ci il tarixli cavab məktubunda göstərib ki, Sülyemanovların evindəki divar və daşın üstündən azyaşlı Nərminə aid olduğu güman edilən II qrup insan qanı tapılıb. Süleymanovun sözlərinə görə, həyətin divarlarında və daşın üzərində olan qanla bağlı ekspertiza rəyi yanvarın 27-də çıxıb. Prokrurluğa isə 1 ay sonra fevralın 21-də göndərilib.

Yenipress.az xəbər verir ki, bu barədə Kanal 13-ün hazırladığı süjetdə qeyd olunub.

İlkinin yaxını məhkəmədən sonra verdiyi açıqlamasında onun günahsız yerə tutulduğunu bir daha vurğulayıb:

“Biz bilirik ki, İlkin günahsız yerə tutulub. Prezidentdən tutmuş, bütün hüquq-muhafizə orqanlarına, Ombusmana, hər kəsə müraciət edirik ki, bu qanunsuz həbsdir.

Xahiş edirik ədalətli araşdırma aparılsın. Ciddi yanaşın bu məsələyə. Baş Prokurorluq deyir ki, biz doğurdan da araşdırma aparırıq.

İlkingilin həyətinə girəndə həyət divarından II qrup daxil olan insan qanının ləkəsi tapılır. Nərminin qanı da II qrup olduğuna görə ehtimal olunur ki, bu, Nərminə aid ola bilər. Bu cavab Ombusmana 22 yanvarda yazılıb. Amma o vaxt elə ekspertiza rəyi yox idi. Ekspertiza rəyi bu cavabdan 5 gün sonra - 27 yanvar 2020-ci ildə çıxıb. Bəs, Baş Prokurorluq hardan bilirdi ki, 5 gündən sonra çıxacaq rəydə belə bir nəticə olacaq? Burda iki varinat ola bilər. ya onlar o qanı öz əlləri ilə töküblər ora, ya da əmin olublar ki, ekspertizaya təzyiq edib, istədikləri nəticəni ala biləcəklər.

Əks təqdirdə onlar 5 gün sonra çıxacaq nəticəni əvvəlcədən bilə bilməzdi.

Onlar sehrbaz, Nostradamus, cadugər deyillər ki! Bundan əlavə yanvarın 27-i ekspertiza rəyi yekunlaşır, amma Baş Prokurorluğa 21 fevralda təqdim olunur. Bunun özü də müəmmalıdır. Necə olur ki, təxminən 1 ay sonra təqdim olunur. Çox güman ki, onların arasında mübahisə gedib. Eyni zamanda Baş Prokurorluq deyir ki, divarda olan qan II qrupur, amma ekspertiza deyir ki, daş parçasında olan qanı müəyyən etmək mümkün deyil. Adicə bu fakt kifayət edir ki, bu cinayətin saxtakarlığını sübut eləsin, həmin o şəxsləri cinayət məsuliyyətinə cəlb etsin və İlkini dərhal azad etsin.

Hələ qabaqda o qədər sürprizlər var ki… Siz onları eşitdikcə dəhşətə gələcəksiz”, - deyə o bildirib.

Xəbər xətti