Erməni mediası: Qırmızı Bazarda atəş səsləri eşidilir – Video

GÜNDƏM bölməsi

15:25 - 27 Yanvar 2022

 Erməni mediası: Qırmızı Bazarda atəş səsləri eşidilir – Video

Qırmızı Bazar qəsəbəsi yaxınlığında atəş səslərinin gəldiyi barədə məlumat yayılıb.

Yenipress.az xəbər verir ki, bu barədə yerli ermənilərdən biri “Sputnik Ermənistan”a deyib.

İddia edilib ki, guya Azərbaycan əsgəri havaya atış açıb, kəndə tərəf yox.

“Sakinlər üçün bu atəşlər adi hal alıb. Təkcə gündüzlər deyil, gecələr də atırlar”, - mənbə bildirib.

Qeyd edək ki, nə Azərbaycan, nə də Ermənistan MN olayla bağlı açıqlama yayıb.

Xəbər xətti