Müharibə veteranlarına yanvarda niyə pul verilməyib? - Rəsmi cavab

GÜNDƏM bölməsi

13:18 - 27 Yanvar 2022

 Müharibə veteranlarına yanvarda niyə pul verilməyib? - Rəsmi cavab

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Müharibə veteran”larına ödənişlərin yanvar ayında verilməməsinə aydınlıq gətirib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, hazırda proses davam edir və burada bir neçə qurumun fəaliyyətindən söhbət gedir.

Onun sözlərinə görə, bu proses mərhələli şəkildə təmin ediləcək və yanvar ayının ödənişləri də veriləcək.

Nazir müavini diqqətə çatdırıb ki, artıq “Zəfər” altsistemi aktivləşdirilib və istifadəyə verilib: “Zəfər” altsisteminə daxil olan şəxslər özləri barədə məlumatları “e-sosial” portalından ala bilərlər”.

Xəbər xətti