Sahil Babayev həbs edilə bilər - Prezidentə müraciət edildi

GÜNDƏM bölməsi

13:08 - 27 Yanvar 2022

 Sahil Babayev həbs edilə bilər - Prezidentə müraciət edildi

Ölkə mediasında və sosial şəbəkələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və nazirliyin strukturlarındakı  korrupsiya əməlləri barədə xəbərlər artmaqdadır.

Ancaq irimiqyaslı faktlar ortada olsa dq, nə nazir, nə də onun işçiləri məsuliyyətə cəlb olunub.

Yenipress.az xəbər verir ki, Sahil Babayevin barəsində cinayət işinin başlanması üçün ölkədə imzatoplama kampaniyası keçirilib.

Bu barədə Günüsəsi.indo-ya açıqlama verən ictimai fəal Bəxtiyar Hacıyev bildirib ki, 1000 nəfərin imzasıyla Prezidentə, Baş prokurora və DTX rəisinə rəsmi şikayət göndərilib:

"Sahil Babayevin 160+ milyonluq dövlət satınalmaları, bir binanı 27 milyon manata təmir etməsi və s. şübhəli məqamlar barədə 1000 nəfərin imzası ilə şikayət göndərildi. Xahiş etmişik ki, bu əməllərdə qanun pozuntuları olub-olmaması araşdırılsın.

Tarix üçün biz vətəndaş olaraq öz müraciətimizi etdik. Onların cavablarını gözləyək”.

Xəbər xətti