Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxardı

SAĞLIQ bölməsi

10:20 - 24 İyun 2022

 Slovakiyada həkim səhvən xəstənin sağlam gözünü çıxardı

Slovakiyada oftalmoloq cərrah xəstənin sağlam gözünü çıxarıb. Həkim səhvi nəticəsində kişi tamamilə kor olub.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə Bratislava Universitet Xəstəxanasına məxsus klinikada baş verib. Həkimə müraciət edən kişinin kor gözü çıxarmalı olsa da, həkim sağlam orqanı əməliyyat edib.

Hadisədən sonra əməliyyatı həyata keçirən cərrah xəstələrlə işdən uzaqlaşdırılıb. Hazırda həkimə qarşı cinayət işi başlanıb. Bratislava polisi hadisənin bütün hallarını müəyyənləşdirir.

Xəbər xətti