Meymunçiçəyi pandemiya elan edildi

SAĞLIQ bölməsi

16:58 - 23 İyun 2022

 Meymunçiçəyi pandemiya elan edildi

Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

Yenipress.az xəbər verir ki, bu barədə qurumun saytında bildirilir.

Qeyd edilib ki, qlobal epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək:

"Hətta meymunçiçəyi xəstəliyindən daha aşağı ölüm nisbəti olsa belə, onun davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq".

ÜST-ün infeksiyanın təyin edilməsinə qərar vermək üçün 23 iyun iclasından əvvəl WHN meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

Xəbər xətti


Digər xəbərlər