Nazirdən qiymət artımı ilə bağlı açıqlama: Tapşırıqlar verilib

İQTİSADİYYAT bölməsi

14:18 - 23 İyun 2022

 Nazirdən qiymət artımı ilə bağlı açıqlama: Tapşırıqlar verilib

Müvafiq dövlət orqanlarına ərzaq məhsullarında süni qiymət artımının qarşısının alınması üçün tapşırıqlar verilib.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır.

"Eyni zamanda, həmin orqanlar tərəfindən sahibkarlarla müvafiq maarifləndirmə işləri aparılır ki, onlar da öz sosial məsuliyyətini dərk edərək vəziyyətdən sui-istifadə etməsinlər". APA.az nazirin dediklərindən sitat gətirib.

Xəbər xətti