Jurnalistin ölümündə əli olduğu deyilən şəxs baş məşqçi oldu

İDMAN bölməsi

13:06 - 22 İyun 2022

 Jurnalistin ölümündə əli olduğu deyilən şəxs baş məşqçi oldu

"Şamaxı" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Yenipress.az xəbər verir ki, bölgə klubu hazırda Region Liqası təmsilçisi "Cəbrayıl"a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

"Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.

Qeyd edək ki, mərhum jurnalist Rasim Əliyevin öldürülməsində o vaxtlar “Qəbələ”nin futbolçusu olan C.Hüseynovun əli olduğu və Rasimin onun göstərişi ilə döyüldüyü bildirilirdi.

Xatırladaq ki, jurnalist Rasim Əliyev 2015-ci ilin avqust ayında Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, bir gün sonra aldığı çoxsaylı bədən xəsarətlərindən vəfat edib.

Xəbər xətti