Deputat Mahir Abbaszadənin ev qiymətinə saatları - Foto

TOPLUM bölməsi

21:33 - 26 Yanvar 2022

 Deputat Mahir Abbaszadənin ev qiymətinə saatları - Foto

Millət vəkili Mahir Abbaszadə bu dəfə bahalı saat kolleksiyası ilə diqqət çəkib.

Yenipress.az 32gun.az-a istinadla xəbər verir ki, deputat bahalı saat həvəskarıdır. Hətta kolleksiyasında Patek PhilippeRolex kimi qiyməti yüz min dollarlarla ölçülən saatlar da var.

Diqqət çəkən məqam isə M.Abbaszadənin daha çox Patek Philippe markasına üstünlük verməsidir.

Qeyd edək ki, sözügedən brendin ən sadə saat modelinin qiyməti 10 min dollardır.

“Patek Philippe” markasının “Grand Complications” modelinin qiyməti 100 min və 4 milyon dollar arasında dəyişir. 

Maraqlıdır ki, deputat müsahibələrində saatlarını nümayiş etdirməyi də sevir və bu fotolardan açıq-aşkar görünür.

Həmin fotoları təqdim edirik:

Xəbər xətti