Səbinə Əliyeva Füzuliyə getmək üçün AZAL-dan 29 min manata təyyarə kirayələdi

İQTİSADİYYAT bölməsi

12:26 - 21 İyun 2022

 Səbinə Əliyeva Füzuliyə getmək üçün AZAL-dan 29 min manata təyyarə kirayələdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombdusman) AZAL-dan təyyarə icarəyə götürüb.

Yenipress.az Index.az-a istinadən xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil təyyarəni 23-31 may tarixləri arasında icarəyə götürüb və qarşılığında 28 min 900 manat ödəyib.

İcarəyə götürülən təyyarənin hansı model olduğu bilinməsə də, təyyarənin Bakı-Füzuli-Bakı istiqamətində səfər etdiyi bildirilir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva bu vəzifədə 30 noyabr 2019-cu il tarixindən işləyir. Səbinə Əliyeva  millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. Səbinə Əliyeva eyni zamanda Milli Məclisin sabiq sədr müavini Yaşar Əliyevin qızıdır.

Xəbər xətti