Dediyim sözə görə xəcalət çəkirəm, utanıram, ölüb yerə girirəm - Razi Nurullayev

GÜNDƏM bölməsi

17:23 - 26 Yanvar 2022

 Dediyim sözə görə xəcalət çəkirəm, utanıram, ölüb yerə girirəm - Razi Nurullayev

Deputat Razi Nurullayev deputatların xalqa qoşulub, onların sözünü dedikləri halda vəzifələrinə xəyanət etmiş olduqlarını bildirib.

Yenipress.az xəbər verir ki, bu barədə millət vəkili sosial şəbəkədə yazıb.

"Hər kəsin dilində bu söz var: "bu ölkə düzəlməyəcək". Mən də hərdən deyirəm ki, "elədir ki, var" və dediyim sözə görə xəcalət çəkirəm, utanıram, ölüb yerə girirəm. Çünki bunu sadə vətəndaş deyə bilər, bizlər yox. Biz isə mübarizə aparıb əksini sübut etməliyik. Xalq bizdən nəticə və sosial rifah gözləyir, biz də xalqa qoşulub onun dediyini deyəndə vəzifəmizə xəyanət etmiş oluruq. Bu da məndən bir səmimiyyət", - o bildirib.

Xəbər xətti