Azərbaycan meymunçiçəyinə görə ÜST-ə müraciət etdi

SAĞLIQ bölməsi

12:45 - 20 İyun 2022

 Azərbaycan meymunçiçəyinə görə ÜST-ə müraciət etdi

Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək.

Yenipress.az APA-ya istinadən xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:

"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil. Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-ə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".

Hande Harmancı testlərin sayının minlərlə olacağını qeyd edib. O əlavə edib ki, meymunçiçəyi virusunu aşkarlamaq üçün bir neçə test növü var:

"Hazırda hansı növ testin Azerbaycana gətirilməsi Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirə olunur. Xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı heç bir təhlükə yoxdur".

Xəbər xətti