Əliyev yəqin Şaxta Babadan hər il bunu “xahiş edir” – Mamicanya

SİYASƏT bölməsi

16:58 - 26 Yanvar 2022

 Əliyev yəqin Şaxta Babadan hər il bunu “xahiş edir” – Mamicanya

Ermənistan siyasi elitası daxilində hakimiyyət mübarizəsi artıq uzun müddətdir ki, Azərbaycan Prezidentinin şəxsiyyəti üzərindən aparılır.

Yenipress.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi rəqibi olan “Şərəf duyuram” (Serj Sərkisyan rəhbərlik edir) fraksiyasının katibi Ayk Mamicyan növbəti dəfə bundan istifadə edib.

O, Ermənistanın hazırkı duruma düşməsinin yalnız Nikol Paşinyanın səbəbkar olduğunu və onun hakimiyyətdə qalmasının yalnız Azərbaycana sərf etdiyini bu sözlərlə ifadə edib:

“Mənə elə gəlir ki, İlham Əliyev və Azərbaycanın hərbi-siyasi elitası hər il Şaxta Babaya məktub yazıb, Nikol Paşinyanın hakimiyyətdə qalmasını xahiş edirlər. Çünki Azərbaycana bundan yaxşı hədiyyəni təsəvvür etmək çətindir”.

O iddia edib ki, Paşinyan aktiv şəkildə Azərbaycan-türk təbliğatı aparır:

“Siz təsəvvür edin ki, Ermənistanın İctimai Televiziyası Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü kontekstində seçmələr təqdim edilir. Bu ki, Azərbaycanın istəyidir. Görürsünüzmü Prezident Əliyevin Paşinyanın ünvanına təhdidləri necə “güzgü effekti” ilə “geri qaytarılır”? Sadəcə xatırladıram ki, Ermənistanın heç bir rəsmisi Bakının səsləndirdiyi hərbi ritorikaya eyni tonla cavab verə bilmir”.

O bildirib ki, Paşinyanın simasında Ermənistan silahlı qüvvələrinin beynəlxalq missiyası çörəkbişirmə sexini (Qazaxıstanda erməni sülhməramlılarının gördüyü iş nəzərdə tutulur – red.) qorumaqdan ibarətdir.

Xəbər xətti