Azərbaycan meymunçiçəyinə görə hərəkətə keçdi - Nazirdən mühüm açıqlama

SAĞLIQ bölməsi

12:43 - 17 İyun 2022

 Azərbaycan meymunçiçəyinə görə hərəkətə keçdi - Nazirdən mühüm açıqlama

Azərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək.

Yenipress.az xəbər verir ki, bunu Report-a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır:

“Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

Xəbər xətti