"Azdrama" bağlandı - Səbəb

MAQAZİN bölməsi

15:00 - 26 Yanvar 2022

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı koronovirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə Yenipress.az-a teatrdan məlumat verilib.

Bildirilib ki, son günlər Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi qərara alınıb. Belə ki, yanvar ayının 23-dən fevral ayının 7-dək teatrın öz iş fəaliyyətini müvəqqəti olaraq dayandırması haqqında qərar qəbul olunub. Qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınır, teatrın inzibati binasına giriş-çıxış fevralın7-dək məhdudlaşdırılır.

Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.

Xəbər xətti