İqtisadçı DGK ilə bağlı şok faktı açıqladı

İQTİSADİYYAT bölməsi

15:17 - 16 İyun 2022

 İqtisadçı DGK ilə bağlı şok faktı açıqladı

Gömrük Komitəsi məlumat yayıb ki, 2022-ci il yanvar-may aylarında büdcəyə 1 641,441 milyon manat pul köçürüblər və bu rəqəm ötən ilin eyni dövrünə nisbətən 24,2% çoxdur.

Elə həmin Gömrük Komitəsi keçən il, 2021-ci ilin yanvar-may ayları ilə bağlı rəsmi məlumat yaymışdı ki, təşkilatdan büdcəyə köçürülən vəsaitin miqdarı 1 662,022 milyon manat təşkil edib.

Yenipress.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında qeyd edib. 

O, bildirib ki, komitənin rəsmi rəqəmlərinə görə keçən ilin eyni dövrü ilə müqayisədə bu il 250 mln. manata yaxın az vəsait köçürüblər:

"Yaxşı, bəs bu 24,2% artım nə məsələdi?! Rəqəmlərlə oynayırlar, ya hesablaya bilmirlər?!"

Xəbər xətti