Tural Abbaslı “Azəriqaz”ı yıxıb-sürüdü – Şok video

TOPLUM bölməsi

13:27 - 26 Yanvar 2022

 Tural Abbaslı “Azəriqaz”ı yıxıb-sürüdü – Şok video

Ağ Partiyanın sədri Tural Abbaslı son zamanlar sürətlə bahalaşan cərimələr və qurumların yarıtmazlığı ilə bağlı açıqlama verib.

Yenipress.az xəbər verir ki, partiya sədri çıxışında “Azəriqaz”ı kəskin tənqid edib.

“Elə bil ki, bütün dövləti zindan ediblər. Asqırdın - cərimə, oturdun - cərimə, gözünü qırpdın - cərimə. "Azəriqaz" vətəndaşa deyir ki, sayğacın başına bir iş gəlsə, sənlikdir. Deyir ki, sayğacın şəklini çək, at, sıfırlayım.

Təklif edirəm ki, ev-eşiyimizi satıb Qarabağda tikintiyə qoyaq. Qarabağda tikinti gedir deyə, milləti cana yığmayın!

Başqa neyləyim? Gəlim bəlkə sənin yerinə işləyim? Sayğacı da beş metr hündürlükdə qoyub. Mən ora necə çıxım?

Prezident bildirir ki, Xankəndiyə daxil olan, oradan çıxan maşınları peyklə izləyirik, “Azəriqaz” da bizə deyir ki, sayğacın şəklini çək at bizə, sıfırlayaq”, - deyə T.Abbaslı bildirib

Xəbər xətti