Formula-1-in müddəti uzaldıla bilər - Danışıqlara başlanıldı

İDMAN bölməsi

10:29 - 14 İyun 2022

 Formula-1-in müddəti uzaldıla bilər - Danışıqlara başlanıldı

Azərbaycan Qran Prisinin keçirilməsinə dair razılaşmanın müddətinin uzadılması ilə bağlı Fomrula-1 rəhbərliyi ilə danışıqlara başlanılıb.

Yenipress.az xəbər verir ki, Bunu Trend-ə Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

“Biz Formula-1 ilə danışıqlara başlamışıq və hələlik qərar barədə danışmaq tezdir. Onu deyə bilərəm ki, bunda hər iki tərəf maraqlıdır və gələcəkdə düzgün balans tapsaq, o zaman yarışın uzadılması ehtimalı var”.

Qeyd edək ki, Formula-1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula-1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula-1 Azərbaycan Qran Prisinin qalibi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen oldu.

Xəbər xətti