Baş bankir şirkət rəhbərlərini toplayır

İQTİSADİYYAT bölməsi

11:28 - 13 İyun 2022

 Baş bankir şirkət rəhbərlərini toplayır

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Taleh Kazımov iyunun 16-da sığorta şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Yenipress.az APA-ya istinadən xəbər verir ki,görüş zamanı Azərbaycanın sığorta sektorunun cari vəziyyəti müzakirə olunacaq.

Qeyd edək ki, görüş AMB-nin inzibati binasında baş tutacaq.

Xatırladaq ki, bu, AMB-nin yeni sədrinin sığorta şirkətlərinin rəhbərləri ilə ilk görüşüdür. AMB sədri bundan əvvəl mayın 4-də bank rəhbərləri ilə görüş keçirmişdi.

Xəbər xətti