Formula-1-in ilk sərbəst yürüşü: Ən yaxşı nəticə...

İDMAN bölməsi

16:11 - 10 İyun 2022

 Formula-1-in ilk sərbəst yürüşü: Ən yaxşı nəticə...

15:10

Bakıda Formula-1 üzrə Azərbaycan Qran-prisinə start verilib.

Yenipress.az xəbər verir ki, saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar.

Test yürüşünün təxminən saat 16:00-da başa çatacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.

***

Bakıda keçirilən Formula-1 üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

"Red Bull"un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib.

"Ferrari"dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

Xəbər xətti