Azərbaycanda yeniyetmə futbolçu faciəvi şəkildə öldü

İDMAN bölməsi

08:56 - 1 İyun 2022

 Azərbaycanda yeniyetmə futbolçu faciəvi şəkildə öldü

Masallının “Ərkivan” futbol klubunun futbolçusu Əliəkbər Əliyev faciəvi şəkildə həlak olub.

Yenipress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, mayın 30-da Hişkədərə kəndində çayda boğularaq ölüb.

Qeyd edək ki, Əliəkbər Əliyev 2006-cı ildə Masallının Hişkədərə kəndində anadan olub. Yeniyetmə futbolçu faciəvi hadisədən bir gün öncə “Balaxanı” futbol klubuna qarşı çıxış edib.

Xəbər xətti