Bazarda satıcılar arasında dava: 1 nəfər bıçaqlandı

KRİMİNAL bölməsi

20:20 - 29 May 2022

 Bazarda satıcılar arasında dava: 1 nəfər bıçaqlandı

Gədəbəydə bazarda satıcılar arasında dava olub.

Yenipress.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb. Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Mehman Qələndər Bayramov oğlu döş qəfəsindən bıçaqlanıb.

M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti