Prosses başlayır, bu ərazilər Bakıya verilir - Korotçenko

SİYASƏT bölməsi

13:02 - 25 Yanvar 2022

 Prosses başlayır, bu ərazilər Bakıya verilir - Korotçenko

Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub.

Yenipress.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

“Ermənistan Prezidenti Armen Sərkisyanın istefası hər şeydən əvvəl bu ölkədə müşahidə edilən siyasi böhrandan xəbər verir. Bu, dövlətdə ikinci şəxsin istefasıdır. Əslində, Prezident Sərkisyan Paşinyandan sonra səlahiyyətli ola biləcək ikinci şəxs idi. Onun könüllü istefa verməsi sözsüz ki, Ermənistanda siyasi vəziyyətin qeyri-sabitliyinin göstəricisidir. Bu, birincisi. İkincisi, onun istefası hazırda Paşinyan tərəfindən qəbul ediləcək və reallaşdırılacaq qərarlarla, xüsusilə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ola bilər. Bütün baş verənlər onu göstərir ki, İrəvan yaxın vaxtlarda bir sıra əraziləri Bakının nəzarətinə verəcək. Hansı ərazilər ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən Ermənistana deyil, Azərbaycana aid olub”, - deyə həmsöhbətimiz qeyd edib.

Xəbər xətti