Azərbaycanda rublun məzənnəsi 4 ildən sonra bu qiymətə qalxdı

İQTİSADİYYAT bölməsi

10:27 - 25 May 2022

 Azərbaycanda rublun məzənnəsi 4 ildən sonra bu qiymətə qalxdı

Azərbaycan Mərkəzi Bankı 4 illik fasilədən sonra Rusiya rublunun rəsmi məzənəsini 0,03 manatdan yüksək müəyyən edib.

Yenipress.az Report-a istinadən xəbər verir ki, bu günə 1 rubl 0,0307 manata bərabərdir.

Sonuncu dəfə rublun məzənnəsi 2018-ci il martın 6-da 3 qəpikdən yüksək (0,0301 manat) olub.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qonşu ölkəyə qarşı tətbiq olunmuş kəskin sanksiyalar fonunda bu ölkənin milli valyutası dəyər itirib. Rusiya Bankının (Mərkəzi Bank) və Maliyyə Nazirliyinin inzibati nəzarət alətləri nəticəsində rublun məzənnəsi müharibədən əvvəlki səviyyəyə qaytarılıb.

Xəbər xətti